Ötən il Ukraynanın icmal büdcə kəsiri 2022-ci illə müqayisədə 56,5% artaraq 1,3 trilyon qrivnaya (35 milyard dollardan çox) çatıb, xərclər demək olar ki, 46% artıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna parlamentinin üzvü Daniil Getmantsev Telegram kanalında bildirib.
“Xərclər - 4,4 trilyon qrivna (118 milyard dollar - red.) 2022-ci illə müqayisədə 45,9% artıb", - Getmantsev yazıb.