Menyu

Filippində daşqınlar nəticəsində 17 nəfər həyatını itirib

Filippində daşqınlar nəticəsində 17 nəfər həyatını itirib
1 dəq oxu

Filippinin Mindanao adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 17 nəfər ölüb.

"Operativ Media" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, təbii fəlakət nəticəsində 4 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Bundan başqa, daşqınlar səbəbindən 400 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 82 minə yaxın insan təxliyə mərkəzlərinə yerləşdirilib.

Əlaqəli Xəbərlər