Ali Radada səfərbərlik haqqında alternativ qanun layihəsi qeydə alınıb
"Səfərbərlik haqqında alternativ qanun layihəsi Ukrayna parlamentində qeydə alınıb".
"Operativ Media" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib.
"Mən səfərbərlik haqqında alternativ qanun layihəsi təqdim etmişəm. Hesablardan istifadə, avtomobil idarə etmək, bank kartlarından istifadə etmək hüquqlarının məhdudlaşdırılması ilə bağlı qaydaları məhkəmənin qərarı ilə ləğv etməyi uyğun hesab edirəm", - o, "Telegram" kanalında yazıb.
Bundan əlavə, deputat qanun layihəsinin variantında əvvəllər məhkum olunmuşların hərbi qeydiyyata alınması və səfərbərliyə çağırılması təklifi ilə normanı genişləndirib, onların siyahısına amnistiya ilə azadlığa çıxanları da əlavə edib. Qanun layihəsinin əsas variantında yüngül cinayətlərə görə cəzasını çəkdikdən sonra azad edilmiş və şərti cəzaya məhkum edilmiş şəxslərin hərbi qeydiyyata alınması və səfərbər edilməsi nəzərdə tutulur.
Teqlər:
"Ali Radada s\u0259f\u0259rb\u0259rlik haqq\u0131nda alternativ qanun layih\u0259si qeyd\u0259 al\u0131n\u0131b"