Menyu

ABŞ UNICEF və digər təşkilatlar vasitəsilə fələstinlilərə yardım etməyi düşünür

ABŞ UNICEF və digər təşkilatlar vasitəsilə fələstinlilərə yardım etməyi düşünür

Birləşmiş Ştatlar BMT-nin Ümumdünya Ərzaq Proqramı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və digər təşkilatlar vasitəsilə və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) töhfələrin yenidən bölüşdürülməsi yolu ilə fələstinlilərə yardım göstərməyi nəzərdən keçirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə bildirib.

"Biz BMT-nin Ümumdünya Ərzaq Proqramı, UNİCEF və digər qeyri-hökumət təşkilatları kimi tərəfdaşlar vasitəsilə Qəzzada mülki əhaliyə dəstək vermək üçün müxtəlif variantları nəzərdən keçiririk", - deyə bildirib. 

Patel əlavə edib ki, maliyyələşdirmə UNRWA üçün nəzərdə tutulan vəsaitlərin digər strukturlara yönləndirilməsi ilə də mümkündür. 

Teqlər:

"AB\u015e UNICEF v\u0259 dig\u0259r t\u0259\u015fkilatlar vasit\u0259sil\u0259 f\u0259l\u0259stinlil\u0259r\u0259 yard\u0131m etm\u0259yi d\u00fc\u015f\u00fcn\u00fcr"

Əlaqəli Xəbərlər