Ana səhifə / Dünya / Türkiyədə məhkəmə binasına silahlı hücum edən terrorçular öldürülüb - YENİLƏNİB Türkiyədə məhkəmə binasına silahlı hücum edən terrorçular öldürülüb - YENİLƏNİB 06.02.2024, 13:47 Nərmin Qocamanlı İstanbulda məhkəmə binasına hücum edənlər Türkiyədə terrorçu kimi tanınan solçu radikal DHKP-C-nin üzvləridir. "Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya bildirib. *** 13:29 Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasına silahlı hücum olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb. "Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. O, qeyd edib ki, hadisə nəticəsində yaralanan şəxslərdən 3-ü polisdir. Ölən şəxslər isə hücüm edən şəxslərdir.