Polşada keçiriləcək NATO təlimlərində 20 minə yaxın əsgər və 3,5 min texnika iştirak edəcək
Nərmin Qocamanlı
NATO-nun Polşada keçiriləcək Dragon-2024 təlimlərində 20 minə yaxın əsgər və 3,5 min texnika iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, "Dragon-24" təlimi fevralın 25-də başlayacaq.
Məlumata görə. təlimdə iştirak edəcək əsas qüvvələr 11-ci Lubusz zirehli diviziyası olacaq, lakin xüsusi təyinatlılar, hava qüvvələri, donanma və ərazi müdafiəsi əsgərləri də iştirak edəcək. Təlim planı iki mərhələyə bölünür: birincisi - böhran vəziyyətində hərəkətlər, ikincisi - müdafiə əməliyyatı.