Menyu

İranda tanınmış terrorçu saxlanılıb

İranda tanınmış terrorçu saxlanılıb

İran polisinin rəsmi nümayəndəsi Səid Montazer Əl-Mehdi məşhur terrorçu Əkrəm Lahurinin ölkənin cənubunda saxlanıldığını açıqlayıb.

"Operativ Media" İRNA-ya istinadən xəbər verir ki,  Montazer Əl-Mehdinin məlumatına görə, İran xüsusi xidmət orqanları xüsusi əməliyyat zamanı Əkrəm Lahurini şiələrə qarşı “Sipah Sahaba” terror qruplaşmasında işləmək ittihamı ilə saxlayıb.

"O, qonşu ölkələrdən birində bomba hazırlamaq kursları keçib, İrana gəlib və həbs olunarkən cənub şəhərlərindən birinə getməyi planlaşdırıb", - İran polisinin sözçüsü deyib.

O qeyd edib ki, xüsusi araşdırma başa çatdıqdan sonra əlavə məlumat veriləcək.

Teqlər:

"\u0130randa tan\u0131nm\u0131\u015f terror\u00e7u saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər