Menyu

Türkiyə-İran sərhədində 15 kilometrlik növbə yaranıb

Türkiyə-İran sərhədində 15 kilometrlik növbə yaranıb

Türkiyənin İrana giriş qapısı olan Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısında yük maşınlarının növbəsi 15 kilometrə çatıb.

"Operativ Media" xarici mediaya istinadən xəbər verir ki, İran gömrüyündə yaşanan sistemli problem səbəbindən Yüksekova rayonunun Esendere qəsəbəsində İrana açılan gömrük qapısında yük maşını növbəsi təxminən 15 kilometrə çatıb.

Yük maşını sürücülərinin əziyyət çəkdiyini ifadə edən bələdiyyə sədri Dırbaz Büyüksu növbədə gözləyən sürücülərlə bir araya gələrək şorba ikram edib: “Təxminən bir aya yaxındır davam edən problem var. İranın törətdiyi sistematik səhv ucbatından burada yük maşınlarının növbəsi yaranıb. Hazırda 5 minə yaxın yük maşını İrana keçmək üçün növbə gözləyir. Bələdiyyə olaraq sürücülərə şorba verdik. Sürücülərin ehtiyaclarını ödəmək üçün hər gün pulsuz servis xidməti göstərəcəyik", - deyə o bildirib.

Teqlər:

"T\u00fcrkiy\u0259-\u0130ran s\u0259rh\u0259dind\u0259 15 kilometrlik n\u00f6vb\u0259 yaran\u0131b"

Əlaqəli Xəbərlər