Fələstinin baş naziri istefa ərizəsini təqdim edib
Nərmin Qocamanlı
Fələstinin baş naziri Məhəmməd Ştaye mətbuat konfransında istefa ərizəsini prezident Mahmud Abbasa təqdim etdiyini bildirib.
Bu barədə "Operativ Media" xəbər verir ki, Baş nazir işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində hökumətin həftəlik iclasında çıxış edib.
O, istefa qərarını 20 fevralda Mahmud Abbasa şifahi şəkildə çatdırdığını bildirib.
Ştaye Qəzza zolağında baş verən proseslər fonunda qarşıdakı dövrdə hökumət səviyyəsində yeni tənzimləmələrə ehtiyac olduğunu qeyd edib.
Ştiyye Fələstin dövləti qurulana qədər İsrailə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.