http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ermənistan DİN-dən Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı AÇIQLAMA

26 Fevral 2024 , 14:30
Ermənistan DİN-dən Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı AÇIQLAMA

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan azərbaycanlı idmançı Kamil Zeynallının bir qədər əvvəl Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və daha sonra azadlığa buraxılması barədə açıqlama verib.

"Operativ Media" erməni KİV-lərinə istinadən xəbər verir ki, Qazaryan bu barədə jurnalistlərlə danışıb.

Onun sözlərinə görə, Ermənistan tərəfi Rusiyanın göndərdiyi sorğunu dərhal cavablandırıb.

"Biz öz funksiyamızı tam yerinə yetirdik. Sorğu göndərildi və onu dərhal, elə həmin gün cavablandırdıq", - o deyib.

Qazaryan bunun beynəlxalq axtarış verildiyi zaman standart prosedur olduğunu bildirib.

Xatırladaq ki, 21 fevral tarixində Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib.

Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

Həmin gün Kamil Zeynallı sərbəst buraxılıb və 22 fevral tarixində Azərbaycana qayıdıb.

OXŞAR XƏBƏRLƏR
Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

XƏBƏR LENTİ
  • 17:10

    Sədərək rayonunda sursat partlayıb, 2 nəfər həlak olub
    Sədərək rayonunda sursat partlayıb, 2 nəfər həlak olub
  • 16:58

    Bakıda restoranda yanğın olub, zəhərlənənlər var
  • 16:46

    Putinin inauqurasiya günü bəlli olub
  • 16:28

    Ermənistan xarici işlər naziri Qətərə rəsmi səfərə gedib
  • 16:11

    Qəzza Səhiyyə Nazirliyi anklavda ölənlərin sayını açıqlayıb
  • 15:56

    Almaniyanın təhsil naziri universitetləri Çinlə əməkdaşlığı nəzərdən keçirməyə çağırıb
  • 15:37

    Ermənistanda etirazçılar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar
  • 15:29

    Dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib
Menyu