Türkiyədə Ərzurumun Uzundərə bölgəsində torpaq çöküb, onlarla ev və iş yerinə ziyan dəyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Uzundərədəki sənaye zonasında səhər saat 05:00 radələrində baş verən çökmə bölgədə iş yerlərinin və yuxarı mərtəbələrdəki evlərin dağılmasına səbəb olub.
Hadisə nəticəsində dağılan qayalar evlərin və iş yerlərinin divarlarına dəyib, ciddi dağıntılar törədib.
Evlərə daxil olan divarlardakı çatlar, sınmış pəncərələr və qaya parçaları nəticəsində ətrafdakı tikililər təhlükəsizlik baxımından risk altında olub.
Vətəndaşlar yaşadıqları qorxulu anlardan sonra təhlükəsiz yer axtarmaq üçün evlərindən uzaqlaşmalı olub.
Evləri və iş yerləri zərər görən vətəndaşlar uçma zamanı canlarını çətinliklə xilas etdiklərini bildiriblər.
Teqlər:
"\u018frzurumda torpaq \u00e7\u00f6k\u00fcb ev v\u0259 i\u015f yerl\u0259ri da\u011f\u0131l\u0131b"