Ana səhifə / Dünya / Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib 26.02.2024, 20:36 Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib. "Operativ Media" xəbər verir ki, bu barədə ölkənin ali qanunverici orqanının saytında məlumat verilib. Qeyd edilib ki, deputatların böyük əksəriyyəti İsveçin Alyansa qoşulmasını dəstəkləyib. Səsvermənin nəticələri tabloda göstərilib: 188 lehinə, 6 əleyhinə. Macarıstan parlamentində 199 deputat var. Beləliklə, Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi olub.
13.06.2026, 21:18 Bakı-Naxçıvan reysini icra edən təyyarə ildırımlı hava şəraiti səbəbindən geri qayıdıb