26 Fevral 2024, 22:55
Fələstin prezidenti Mahmud Abbas hökumətin istefasını qəbul edib
Fələstin prezidenti Mahmud Abbas hökumətin istefasını qəbul edib şəkil
Fələstin prezidenti Mahmud Abbas hökumətin istefasını qəbul edib

Fələstin prezidenti Mahmud Abbas baş nazir Məhəmməd Ştiyyənin istefasını qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu bsrədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. 

Agentliyinin məlumatına görə, Abbas Ramallahda Ştiyye ilə görüşüb.

Hökumətin istefasını qəbul edən Abbas Ştiyyedən və kabinetdəki nazirlərdən yeni hökumət qurulana qədər "müvəqqəti hökumət" kimi işlərinə davam etmələrini xahiş edib.

Qeyd edək ki, Fələstinin baş naziri Məhəmməd Ştiyye bu gün işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində keçirilən həftəlik Nazirlər Kabinetinin iclasında istefasını prezident Mahmud Abbasa təqdim etdiyini açıqlayıb.

"Qərar Fələstin davası və siyasi rejimimizin üzləşdiyi misli görünməmiş şiddətli hücumlar, Qəzzada xalqımıza qarşı məcburi aclıq və məcburi köç kimi soyqırım cinayətlərinin nəticəsində alındı", - Ştiyye bildirib.

Son xəbərlər
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb