Brüsseldə fermerlərin nümayişi zamanı 3 polis əməkdaşı yaralanıb
Nərmin Qocamanlı
Brüsseldə keçirilən kənd təsərrüfatı nümayişi zamanı azı üç hüquq-mühafizə əməkdaşı yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu bardədə RTBF telekanalı xəbər verir.
“Polis fermerlərin nümayişi zamanı üç yaralı və bir neçə insident barədə məlumat verməkdən təəssüflənir”, - deyə kanal bildirir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin qeyd edirlər ki, nümayişçilər fermerlərin keçmək istədiyi Avropa məhəlləsinə aparan Lua küçəsində çox sayda təkər və otları yandırıblar.