Türkiyə: Rusiya və Ukrayna arasında danışıqlara yardım etməyə hazırıq
Türkiyə əlverişli şərait yarandıqda Rusiya və Ukrayna arasında danışıqların təşkilində hərtərəfli yardım göstərməyə hazırdır.
"Operativ Media" xəbər verir ki, bunu Vaşinqtonda Atlantik Şurada çıxış edən Türkiyənin Ukrayna üzrə koordinatoru Əhməd Güldere deyib.
"Əvvəllər Antalya və İstanbulda tərəflər arasında təmaslar təşkil etmişdik. Danışıqlar və diplomatiya üçün əlverişli şərait yarandıqda, yardım göstərmək və aydın və ədalətli həll yolu tapmaq üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq", - o, müzakirə zamanı deyib.
Moskva ilə Kiyev arasında bu cür təmasların perspektivləri ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, indiki mərhələdə bunu şərh etmək düzgün olmaz: "Son aylarda baş verənlərə nəzər salsanız, diqqətin döyüş meydanına yönəldiyini görmək asandır. Danışıqların nə vaxt aparılacağını və hara aparacağını şərh etmək və ya demək iqtidarında deyilik".
Onun sözlərinə görə, Türkiyə tərəflərin mövcud məsələləri müzakirə edə biləcəyi nəticəyönümlü danışıqlar mühitinin yaradılmasını təmin edə bilər. Amma bu, o zaman baş verəcək ki, tərəflər arasında belə təmaslar üçün şərait yaransın.
Teqlər:
"T\u00fcrkiy\u0259: Rusiya v\u0259 Ukrayna aras\u0131nda dan\u0131\u015f\u0131qlara yard\u0131m etm\u0259y\u0259 haz\u0131r\u0131q"