Britaniya SEPAH-a qarşı yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və Husilərə qarşı yeni sanksiyalar tətbiq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yeni siyahıya SEPAH komandirinin müavini Məhəmməd Rza Fəllahzadə, İran tərəfindən Husiləri maliyyələşdirməyə cavabdeh olduğu iddia edilən Səid Əhməd Məhəmməd əl-Camal və təşkilatın daxili işlər nazirinin müavini Əli Hüseyn Bədrəddin əl-Husi daxil edilib. Bundan əlavə, SEPAH-ın üç bölməsi də sanksiya siyahısına əlavə olunub.
Teqlər:
"Britaniya SEPAH-a qar\u015f\u0131 yeni sanksiyalar t\u0259tbiq edib"