Menyu

BMT: Suriyada 16,7 milyon insanın humanitar yardıma ehtiyacı var

BMT: Suriyada 16,7 milyon insanın humanitar yardıma ehtiyacı var

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Qriffits Suriyada 16,7 milyon insanın humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qriffits BMT Təhlükəsizlik Şurasının Suriya üzrə sessiyasında çıxış edib.

Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərin ötən əsrin ən şiddətli zəlzələləri arasında olduğuna diqqət çəkən Qriffits zəlzələlərin həm Türkiyədə, həm də Suriyada minlərlə insanın həyatına son qoyduğunu, milyonlarla insanın yaralandığını xatırladıb.

Qriffits Suriyada 12 ildən çox davam edən qarşıdurmaların fəsadlarıın zəlzələlərin təsirindən daha çox olduğuna diqqət çəkərək, əsas xidmətlərin və sığınacaqların yenidən qurulmasının vacibliyini vurğulayıb.

Suriyadakı vəziyyətin son bir ildə daha da pisləşdiyinə diqqət çəkən Qriffits qeyd edib: "Suriyada 16,7 milyon insanın humanitar yardıma ehtiyacı var. Bu, bütün əhalinin təxminən dörddə üçünə bərabərdir".

Teqlər:

"BMT: Suriyada 16 7 milyon insan\u0131n humanitar yard\u0131ma ehtiyac\u0131 var"

Əlaqəli Xəbərlər