Menyu

Fransa təyyarələri Rusiya təyyarəsini Estoniya sərhədləri yaxınlığında təqib edib

Fransa təyyarələri Rusiya təyyarəsini Estoniya sərhədləri yaxınlığında təqib edib

Fransa Aerokosmik Qüvvələrinin təyyarələri Rusiyanın İl-20 təyyarəsini Estoniya sərhədi yaxınlığında müşayiət edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "X"də Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Estoniya sahillərində Rusiyanın İl-20 kəşfiyyat təyyarəsi aşkar edildikdən sonra "Mirage 2000-5" təyyarəsi havaya qalxıb. Məqsəd Baltikyanı müttəfiqlərimizin hava məkanını qorumaqdır", - mesajda deyilir.

Öz təyyarələri olmayan Baltikyanı ölkələrin səmasında nəzarəti onların NATO müttəfiqləri həyata keçirir. Fransa ordusu hadisənin dəqiq nə vaxt baş verdiyini bildirmir. Hesabatda bunun fransız qırıcılarının NATO-nun Gücləndirilmiş Hava Polisi missiyasında iştirakının bir hissəsi kimi baş verdiyi qeyd edilib. Fransa Silahlı Qüvvələr Nazirliyinin saytında verilən açıqlamaya görə, dörd "Mirage 200-5" qırıcısı 30 noyabr 2023-cü ildən 2024-cü il martın 31-dək Litvanın Şaulyai aviabazasında yerləşdiriləcək.

Teqlər:

"Fransa t\u0259yyar\u0259l\u0259ri Rusiya t\u0259yyar\u0259sini Estoniya s\u0259rh\u0259dl\u0259ri yax\u0131nl\u0131\u011f\u0131nda t\u0259qib edib"

Əlaqəli Xəbərlər