Ağ Ev: Döyüşlərdə iştirak etmək üçün Ukraynaya qoşun göndərməyəcəyik
"Amerika administrasiyası hərbi əməliyyatlarda iştirak etmək üçün ABŞ qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil".
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Vatson bildirib.
"ABŞ prezidenti Co Bayden açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar Ukraynadakı döyüşlərdə iştirak etmək üçün qoşun göndərməyəcək", - deyə "Reuters" onun sözlərini sitat gətirib.
Qeyd edək ki, fevralın 26-da Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, bəzi Aİ və NATO-ya üzv dövlətlər Kiyevlə ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbi personalını göndərmək imkanını nəzərdən keçirirlər. Fransa prezidenti Emmanuel Makron da belə bir ehtimalın istisna olmadığını bəyan edib. NATO-nun baş katibi Yens Stoltenberq fevralın 27-də bəyan edib ki, NATO-nun belə bir planı yoxdur. Oxşar bəyanatlarla Almaniya, Çexiya, Polşa, İsveç hökumət başçıları və Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri çıxış ediblər.