Menyu

Çanaqqala boğazı duman səbəbiylə tranzit nəqliyyata bağlanıb

Çanaqqala boğazı duman səbəbiylə tranzit nəqliyyata bağlanıb

Günorta saatlarında Boğaziçi sahillərində təsirini artıran duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.

"Operativ Media" xəbər verir ki, bu səbəbdən Çanaqqala boğazında tranzit gəmilərin keçidi dayandırılıb.

Trafik Xidmətlər Müdirliyi radio ilə şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına xəbərdarlıq edərək, yerli vaxtla saat 17.30-dan etibarən boğazın iki istiqamətli tranzit gəmilərə bağlandığını açıqlayıb.

Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.

Yerli bərə xidmətləri isə davam edir.

Teqlər:

"\u00c7anaqqala bo\u011faz\u0131 duman s\u0259b\u0259biyl\u0259 tranzit n\u0259qliyyata ba\u011flan\u0131b"

Əlaqəli Xəbərlər