Rumıniyanın xarici işlər naziri Luminita Odobesku Dnestryanı problemin həllində Kişinyova dəstəyini ifadə edib.
"Operativ Media" xəbər verir ki, o bu barədə Moldova baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebryanla görüşündə bildirib.
“Rumıniya Xarici İşlər Nazirliyinin rəhbəri Luminita Odobesku Moldova Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşı, Dnestryanı problemin beynəlxalq hüquq normalarına uyğun olaraq hərtərəfli, sülh yolu ilə və davamlı həllinə dəstəyini təsdiqləyib”, - Rumıniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Rumıniya naziri Moldova Respublikasının hakimiyyət orqanlarının mürəkkəb və çətin regional iqlim şəraitində Dnestryanı nizamlanma ilə bağlı mürəkkəb mövzulara məsuliyyətli və balanslı yanaşmasını yüksək qiymətləndirib”, - məlumatda əlavə edilib.