Menyu

İsrailin Eurovision-a təqdim etdiyi ikinci mahnı da rədd edilib

İsrailin Eurovision-a təqdim etdiyi ikinci mahnı da rədd edilib

Avropada İsrailin Eurovision Mahnı Müsabiqəsinə qadağa qoyulması çağırışları davam edərkən, Təl-Əviv rəhbərliyinin müsabiqə üçün təqdim etdiyi ikinci mahnının siyasi mesaj ehtiva etdiyi üçün rədd edildiyi bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər saytı Xarici İşlər Nazirliyi rəsmilərinə əsasən məlumat yayıb. 

Məlumata görə, Avropa Yayım Birliyi (EBU) İsrailin müsabiqədə iştirak etmək üçün təqdim etdiyi ikinci mahnını da rədd edib.

Bildirilib ki, İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnı olan "Oktyabr yağışı" kimi "Dance Forever" mahnısı da HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də həyata keçirdiyi hücuma işarə edir.

Xəbərdə birinci mahnı kimi ikinci mahnının da siyasi məzmunlu olduğuna görə rədd edildiyi, hər iki mahnının müsabiqəyə birlikdə təqdim edildiyi bildirilib.

Digər tərəfdən, İsrailin dövlət televiziyası KAN tərəfindən edilən açıqlamada mədəniyyət və idman naziri Miki Zoharın EBU-dan İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnının təsdiqlənməsini tələb etdiyi bildirilib.

Teqlər:

"\u0130srailin Eurovision-a t\u0259qdim etdiyi ikinci mahn\u0131 da r\u0259dd edilib"

Əlaqəli Xəbərlər