Menyu

Belçika Ukraynaya 200 milyon avro dəyərində hərbi yardım edəcək

Belçika Ukraynaya 200 milyon avro dəyərində hərbi yardım edəcək

"Belçika Ukraynaya 200 milyon avro dəyərində sursat yardımı edəcək".

"Operativ Media" xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Hadja Lahbib "X" sosial media platformasındakı paylaşımında bildirib.

"Ukraynanın azadlıq mübarizəsi həm də dəyərlərimizə hörmətlə yanaşmaq və təhlükəsizliyimizi təmin etməkdir", - Lahbib qeyd edib.

Belçikalı nazir Ukraynaya dəstəyin davam edəcəyi ilə bağlı mesajını təkrarlayıb.

Çexiyanın baş naziri Petr Fiala dünən mətbuata verdiyi açıqlamada bildirib ki, digər Aİ ölkələri də onun ölkəsinin dünyadan Ukraynaya yüz minlərlə tank və artilleriya sursatının alınması təşəbbüsünü dəstəkləyəcəklərinə söz veriblər.

Bu ölkələr arasında olan Hollandiyanın 100 milyon avro dəstək vəd etdiyini bildirən Fiala Fransanın da maliyyə dəstəyi verəcəyini bildirib.

Teqlər:

"Bel\u00e7ika Ukraynaya 200 milyon avro d\u0259y\u0259rind\u0259 h\u0259rbi yard\u0131m ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər