Menyu

Alimlər Doqquzuncu Planet ilə bağlı araşdırmalara davam edirlər

Nərmin Qocamanlı
Alimlər Doqquzuncu Planet ilə bağlı araşdırmalara davam edirlər

ABŞ-nin Kaliforniya Texnologiya İnstitutunun astronomları Planet X adlanan Günəş sisteminin doqquzuncu planeti ilə bağlı araşdırmaların nəticələrinə yaxınlaşıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə "LiveScience" portalı məlumat yayıb.

Ulduz sistemimizdə başqa bir planetin olması fərziyyəsi Koyper qurşağında (Neptunun orbitindən kənarda asteroidlərin və kometlərin böyük bir sahəsi) bir sıra qəribə əyri obyektlərin aşkarlanmasından sonra yaranıb.

Təhlillər göstərib ki, bu cür orbitləri yalnız Yerdən yeddi dəfə böyük olan nəhəng planetin cazibə qüvvəsi ilə izah etmək olar. Planet X həqiqətən mövcuddursa, o zaman Yer kürəsini əvəz etməli və Günəş Sistemində beşinci ən böyük planetə çevrilməlidir.

İlkin hesablamalara görə, Doqquzuncu Planet Günəşdən 500-600 astronomik vahid, yəni Yerdən 500-600 dəfə uzaqda yerləşir.

Astronomlar bu planetin olduğu ərazinin 78%-ni analiz ediblər. Kosmosun qalan hissəsi Havaydakı Pan-STARRS rəsədxanasının imkanları xaricindədir, burada teleskoplar vasitəsilə müşahidələr aparılır.

Alimlərin bir neçə il ərzində Planet X-i tapacaqlarına ümid edirlər.

Teqlər:

"Aliml\u0259r Doqquzuncu Planet il\u0259 ba\u011fl\u0131 ara\u015fd\u0131rmalara davam edirl\u0259r"

Əlaqəli Xəbərlər