02 Mart 2024, 09:42
Göygöldə silah-sursat aşkarlanıb
Göygöldə silah-sursat aşkarlanıb şəkil
Göygöldə silah-sursat aşkarlanıb

Göygöldə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli, Borsunlu, Köşkülü və Mollacəlilli kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Qeyd edilən ərazilərdən 688 ədəd müxtəlif kalibirli avtomat patronlar, daraqlar və “Revolver” tipli tapança aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir. Bundan başqa polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Şəhriyar kənd sakini 1 ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib.

Son xəbərlər
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi