İftar menyuları neçəyədir?

admin
İftar menyuları neçəyədir?

Ramazan ayının başlamasına bir neçə gün qalıb. Paytaxtda fəaliyyət göstərən restoranlar isə indidən iftar menyularını açıqlayıblar. Bəs qiymətlər neçəyədir?

“Operativ Media”ya açıqlama verən restoranların birinin meneceri Cabbar Şükürov deyir ki, iftar menyusuna şorba, əsas yemək, salatlar, xurma və içkilər daxildir. İftar menyusu həftənin birinci günündən etibarən restoranlarda təklif olunacaq.

“İftar menyuları Ramazan ayı başlamasına 3 gün qalmış artıq elan olunur və reklam olunur. Qiymət aralığımız 12-20 manat arası olacaq. Əksər məkanlarda qiymət ötən il 15-20 manat üzəri idi. Ümumi restoranlarda ildən-ilə qiymət artımı var. Bu da xammalın qiymət artımı ilə bağlıdır. Ümumi restoranlara baxsaq, hamısında 3-4 manatlıq artımı görmək mümkündür”

Cabbar Şükürovun sözlərinə görə, Ramazan ayı ərzində restoranlarda iftar edənlərin sayı kifayət qədərdir. Qiymətlərin artıb-azalması isə bayram müddətində tələb və təklifdən asılı olaraq dəyişəcək.

“Ola bilsin qiymətlər artsın və ya azalsın. Bu ondan asılıdır ki, restoran menyunu dəyişsin. Deyək ki, bahalı menyuya tələb yoxdursa, yeməkləri dəyişib, qiymətləri də endiririk. Adətən şoba olaraq mərci, göbələk, pomidor supu, borş, dovğa təklif olunur. Əsas yeməklər isə düyü, qreçka, makaron, vermişel, kartof qızartması və qarnirlərlə verilir. Menyuda əgər ət tərkibli yeməklər çox olarsa, qiymət də artır. Məsələn steyk menyumuz var ki, 35 manatdan başlayır. Burada da iftar menyusuna şorba, əsas yemək, salatlar, xurma və içkilər daxildir”

Digər xəbərlər