08 Mart 2024, 16:10
Yenidən qurulan dəmir yolları, və təmir edilən vaqonların sayı açıqlanıb
Yenidən qurulan dəmir yolları, və təmir edilən vaqonların sayı açıqlanıb şəkil
Yenidən qurulan dəmir yolları, və təmir edilən vaqonların sayı açıqlanıb

2023-cü ildə Azərbaycanda 140,9 km dəmir yolu yol, müxtəlif tipli 979 ədəd vaqon, o cümlədən 758 ədəd özəl vaqon əsaslı təmir edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, sənədə əsasən, ötən il 125,2 km dəmir yolunda, 1 049 vaqonda (487 ədəd özəl parka məxsus vaqon) müxtəlif növ təmir işləri aparılıb.

Əsaslı təmir edilmiş vaqonlardan 300 ədədinin (167 ədəd özəl parka məxsus vaqonun) istismar müddəti uzadılıb.

Hesabat ilində sərnişin xidmətinin əhatəsinin genişləndirilməsi məqsədilə “Stadler Rail Group” şirkəti ilə müqavilə əsasında sifariş verilmiş 10 ədəd Flirt tipli qatarlardan 4 ədədi artıq Bakıya gətirilib, Abşeron dairəvi dəmir yolu xətti üzrə iş günlərində gündəlik reys sayı 60-a çatdırılıb.

Xatırladaq ki, 2023-cü ildə dəmir yolu nəqliyyatında yükdaşımanın həcmi 2022-ci illə müqayisədə 2,6 % azalaraq 18 milyon 252,1 min ton, sərnişindaşınma sayı isə 38,4 % artaraq 7 milyon 107, 5 min nəfər olub.

Son xəbərlər
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 95 nəfər yaralanıb - YENİLƏNİB
"Sabah"ın futbolçusu əməliyyat olundu
İsrail KİV Təbriz hava limanının tamamilə dağıdıldığını bildirir
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb