Menyu

Bayden ölkədə "TikTok"u qadağan edən sənədi imzalamağa hazırdır

Nərmin Qocamanlı
Bayden ölkədə "TikTok"u qadağan edən sənədi imzalamağa hazırdır

ABŞ prezidenti Co Bayden bildirib ki, “Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq haqqında” sənəd konqresdə təsdiqlənərsə, ölkədə "TikTok"u qadağan edən qanun layihəsini imzalayacaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qanun layihəsi "TikTok"un sahibi olan Çin şirkəti "ByteDance"ni altı ay ərzində proqrama nəzarətdən imtina etməyə məcbur edə bilər, əks halda tətbiqin ABŞ-də qadağan oluna biləcəyi ehtimalı var.

Qeyd edək ki, martın 8-də ABŞ Nümayəndələr Palatasının Ticarət və Enerji Komitəsi yekdilliklə ABŞ-də "TikTok"a qadağa qoyulmasına səbəb ola biləcək qanun layihəsini qəbul edib.

Teqlər:

"Bayden \u00f6lk\u0259d\u0259 \"TikTok\"u qada\u011fan ed\u0259n s\u0259n\u0259di imzalama\u011fa haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər