http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vətəndaşlar niyə xarici ölkələrdən geri qaytarılır? - AÇIQLAMA

15 Noyabr 2023 , 12:17
Vətəndaşlar niyə xarici ölkələrdən geri qaytarılır? - AÇIQLAMA

Bəzən xarici ölkələrdə yaşayan vətəndaşlarımız bir müddətdən sonra öz ölkələrinə geri qaytarılırlar.  Bu il yanvarın 1-dən noyabrın 1-nə qədər təkcə Ukraynadan 226 Azərbaycan vətəndaşı geri qaytarılıb. Onlar bunu müxtəlif hüquqi səbəblər ilə əlaqələndiriblər.

Bəs ümumiyyətlə, vətəndaşlarımız nə üçün xarici ölkələrdən deport olunurlar?

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov “Operativ Media”ya bildirib ki, xarici ölkədə yaşayan Azərbaycan Respublikasının vətəndaşları həmin ölkədə qeyri-qanuni əsaslarla yaşadıqda və bu fakt müvafiq dövlət qurumları tərəfindən aşkarlandıqda öz ölkəsinə qaytarılır:

“Şəxsin qeyri-qanuni əsaslarla yaşadığı ölkədə qalması üçün hər hansısa əsaslar yoxdursa, bununla əlaqədar qaytarılma barədə qərar qəbul olunur və onun istəyib-istəməməsindən asılı olmayaraq mütləq qaydada öz ölkəsinə qaytarılır. İkinci bir halda əgər şəxsin sənədləri qaydasında deyil və ya onun maddi durumu imkan vermir ki,  ölkəsinə qayıtsın, bu zaman o, müxtəlif beynəlxalq təşkilatlara müraciət edir və könüllü qayıtmaq niyyətində olduğunu bildirir. Almaniyada, Skandinaviya ölkələrində, Hollandiyada bir neçə belə beynəlxalq təşkilat fəaliyyət göstərir. Eyni zamanda bu prosesdə Beynəlxalq Miqrasiya Təşkilatı da iştirak edir, onlar şəxsin  geri qaytarılması ilə bağlı zəruri təşkilati məsələlərinə dəstək göstərir, hüquqi yardıma ehtiyacı varsa, bunu da yerinə yetirir. Misal üçün, həmin vətəndaşımızın səhhətində problem varsa, bununla bağlı zəruri işlərin yerinə yetirilməsi və ölkəyə getməsi üçün birtərəfli biletin alınması kimi məsələləri həll edir. Hətta bəzi hallarda ola bilər ki, müxtəlif beynəlxalq təşkilatlar  həvəsləndirici proqramlar da işə salsın və şəxs öz ölkəsinə qayıdanda orada məşğulluq məsələlərini həll etmiş olsun”.

Ekspert qeyd edib ki, bəzən şəxsin öz ölkəsinə qaytarılması onun beynəlxalq axtarışda olması ilə də əlaqəli ola bilər:

“Ola bilər ki, həmin adam “İnterVol”un xətti ilə verilib beynəlxalq axtarışa və o, hüquq-mühafizə orqanları tərəfindən hansısa ölkənin ərazisində müəyyən edilib. Belə olduğu təqdirdə həmin şəxsin ölkəyə ekstradisiyası baş verir. Məsələn, son zamanlar Rusiyadan, Ukraynadan ölkəyə qaytarılan şəxslər olub ki, onlar beynəlxalq axtarışda olublar və həmin ölkənin ərazisində sığınaraq yaşayıblar. Bu kəslər  hüquq-mühafizə orqanları tərəfindən aşkarlandığı təqdirdə Azərbaycana qaytarılması təmin edilib”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu