Menyu

Pakistanda silahlı şəxslər avtobusdan qaçırdıqları 8 sərnişini öldürüblər

Nərmin Qocamanlı
Pakistanda silahlı şəxslər avtobusdan qaçırdıqları 8 sərnişini öldürüblər
1 dəq oxu

 

Pakistanın Bəlucistan əyalətində silahlı basqınçılar şosedə saxladıqları avtobusdan qaçırdıqları 8 sərnişini və qurduqları barrikadaları aşmağa çalışan avtomobildə olan 2 nəfəri öldürüblər.

"Operativ Media" xəbər verir ki, silahlı şəxslər avtobus sərnişinlərinin şəxsiyyət vəsiqələrini yoxlayıb və hamısı Pəncab əyalətindən olan 8 nəfəri avtobusdan çıxarıblar.

Polis bildirib ki, bu 8 nəfərin cəsədi daha sonra magistral yoldan təxminən 5 kilometr aralıda körpünün altında tapılıb.

Polis rəsmiləri hücum edənlərin axtarıldığını qeyd edib.

Pakistanın baş naziri Şahbaz Şərif "X" hesabında verdiyi açıqlamada hücumu pisləyib və araşdırma aparılmasına göstəriş verib.

 

Əlaqəli Xəbərlər