Menyu

KİV: ABŞ, İsrail və Kipr İrana qarşı hərbi əməliyyatı imitasiya edən təlimlər keçirib

KİV: ABŞ, İsrail və Kipr İrana qarşı hərbi əməliyyatı imitasiya edən təlimlər keçirib

İsrail, Kipr və ABŞ bu həftə İsrailə hücum zamanı İrana qarşı hava əməliyyatlarını simulyasiya edən birgə təlimlər keçirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən "Phileleftheros" qəzeti məlumat yayıb.

Nəşr bu məlumatı Kipr Milli Təhlükəsizlik Şurasının bir gün əvvəl respublika prezidenti Nikos Xristodulidisin sədrliyi ilə çağırılan fövqəladə iclası ilə əlaqələndirir. "Phileleftheros"un məlumatlarından belə çıxır ki, təlimlər Kipr Respublikası ərazisində keçirilib və ən azı bir qrup İsrail qırıcısı yanacaq dolduran təyyarələrin dəstəyi ilə təlimlərdə iştirak edib. Kipr hakimiyyət orqanlarının özləri hələ ki, bununla bağlı şərh verməyiblər.

Bu həftənin əvvəlində Kipr Müdafiə Nazirliyi respublikada "Arqonavt 2024" beynəlxalq təliminin uğurla keçirildiyini açıqlayıb. Bu təlimlərdə Kipr və bir sıra başqa ölkələrlə yanaşı, ABŞ və İsrail də iştirak edib. Hərbi idarədən verilən məlumata görə, manevrlər zamanı əsasən axtarış-xilasetmə əməliyyatları həyata keçirilib.

Teqlər:

"K\u0130V: AB\u015e \u0130srail v\u0259 Kipr \u0130rana qar\u015f\u0131 h\u0259rbi \u0259m\u0259liyyat\u0131 imitasiya ed\u0259n t\u0259liml\u0259r ke\u00e7irib"

Əlaqəli Xəbərlər