Menyu

Pentaqon: İranın hücumunda ABŞ tərəfindən 81 PUA və ən azı 6 ballistik raket vurulub

Əziz Əzizli
Pentaqon: İranın hücumunda ABŞ tərəfindən 81 PUA və ən azı 6 ballistik raket vurulub

Pentaqonun sözçüsü Patrik Rayder gündəlik mətbuat konfransında sualları cavablandırıb.

"Operativ Media" xəbər verir ki,  Rayder, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İran, İraq, Suriya və Yəməndən İsrailə qarşı 110 orta mənzilli ballistik raket, 30 quru qanadlı raket və 150-dən çox PUA hücumu həyata keçirildiyini bildirib.

Rayder bu PUA-lardan 81-nin və ən azı 6 ballistik raketin ABŞ tərəfindən vurulduğunu bildirib.

ABŞ-nin bölgədə gərginliyin artmasını istəmədiyini qeyd edən Rayder, İsraili və ABŞ personalını müdafiə etmək üçün lazımi tədbirləri davam etdirəcəklərini bildirib.

İsrailin İrana cavab verəcəyi ilə bağlı ilə suala Ryder, "Bu məqamda fərziyyələr irəli sürmək istəmirəm" deyib. O, bu sualları ört-basdır edib və bu sualların İsrail tərəfinə verilməli olduğunu bildirib.

Teqlər:

"Pentaqon: \u0130ran\u0131n h\u00fccumunda AB\u015e t\u0259r\u0259find\u0259n 81 PUA v\u0259 \u0259n az\u0131 6 ballistik raket vurulub"

Əlaqəli Xəbərlər