Sakit okenda 5,8 maqnitudalı zəlzələ olub

Əziz Əzizli
Sakit okenda 5,8 maqnitudalı zəlzələ olub

Yaponiyaya məxsus Bonin adalarının sahilində 5,8 maqnitudalı zəlzələ olub.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətin verilənlərinə görə, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 02:55-də qeydə alınmış zəlzələnin episentri Hahajima adasından 151 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, daha əvvəl Yeni Zelandiyanın paytaxtı Vellinqtonun yaxınlığında 4,9 maqnitudalı zəlzələ baş vermişdi.

Digər xəbərlər