08 Noyabr 2024, 21:56
Rusiyanın Hollandiyadakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Rusiyanın Hollandiyadakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib şəkil
Rusiyanın Hollandiyadakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib

Rusiyanın Hollandiyadakı səfirliyi iğtişaşlar fonunda həmvətənlərinə yaxın günlərdə Amsterdama getməməyi tövsiyə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə səfirlik "X"də paylaşım edib.

“Noyabrın 7-də baş verən iğtişaşlarla əlaqədar Rusiyanın Hollandiyadakı səfirliyi Rusiya vətəndaşlarına yaxın günlərdə Amsterdama getməməyi və şəhərdə olanlara ehtiyatlı olmağı tövsiyə edir”, - məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Amsterdam rəhbərliyi yerli “Ayaks” və Təl-Əvivin “Makkabi” klubu arasında futbol matçının sonunda israilli azarkeşlərə hücumdan sonra şəhərdə əlavə təhlükəsizlik tədbirləri görəcək.

Futbol matçından sonra şübhəli Fələstin tərəfdarlarının hücumu nəticəsində ən azı 10 israilli yaralanıb.

Yəhudi dövlətinin Milli Təhlükəsizlik Şurası (MTŞ) Amsterdama səfər edən israilliləri otellərinə sığınmağa çağırıb. MTŞ bunu bacaran İsrail vətəndaşlarının dərhal ölkəyə qayıtmalı olduğunu bildirib.

Son xəbərlər
Almaniya hakimiyyəti sənaye obyektləri üzərində PUA-ların görünməsini araşdırır
Türkiyənin Suriyadakı səfirliyi sabah açılır
Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəsarət alıb
Argentina prezidenti İtaliya vətəndaşlığını qəbul edib
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib
Hakan Fidan İordaniyaya səfər edəcək
Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib
Aİ Ukraynaya əlavə yardımı müzakirə edəcək
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla görüşüb
Rusiyada "Viber" sosial şəbəkəsi bağlanıb