Menyu

Martın 1-dən etibarən Qarabağa müntəzəm reyslər açılır

Nərmin Qocamanlı
Martın 1-dən etibarən Qarabağa müntəzəm reyslər açılır

Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə daha rahat şəkildə səfər etmələri məqsədilə gündəlik əsasda və onların sözügedən ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edilməsi nəzərdə tutulub. 

Operativ Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. 

"Bununla əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımızdan 1 martdan etibarən müntəzəm reyslər üzrə biletləri “yolumuzqarabaga.az” portalı üzərindən deyil, yalnız “biletim.az” portalı üzərindən əldə etmələri xahiş olunur" - deyə məlumatda qeyd olunub. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər