Duman olacaq, külək əsəcək

Əsəd Abbaslı
Duman olacaq, külək əsəcək
Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacaq.

Martın 10-da Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Operativ Media-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında  əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Digər xəbərlər