09 Aprel 2025, 12:48
Azərbaycan İsraillə birgə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yarada bilər
Azərbaycanda İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yaradıla bilər.
Azərbaycan İsraillə birgə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yarada bilər şəkil
Azərbaycan İsraillə birgə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yarada bilər

Azərbaycanda İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yaradıla bilər.

Operativ Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə heyətinin sədri Fərid Osmanovun İsrailə işgüzar səfəri çərçivəsində “Checkpoint” təşkilatının rəhbərliyi ilə görüşündə müzakirə edilib.

Tərəflər həmçinin kibertəhlükəsizlik ölkəmizdə akademiyasının təsis edilməsi və “Checkpoint” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi imkanlarını, şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və lokal tərəfdaşlıqlar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini nəzərdən keçirib.

Eyni zamanda nümayəndə heyəti İsrailin aparıcı vençur fondlarından biri olan “OurCrowd” platformasının rəhbərliyi ilə birgə investisiya layihələrinin reallaşdırılması, qabaqcıl texnologiyaların Azərbaycana transferi, həmçinin startaplar arasında təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Səfər çərçivəsində avtonom idarəetmə və süni intellekt texnologiyaları üzrə qlobal liderlərdən biri olan “Mobileye” şirkətinin rəhbərliyi ilə Azərbaycanın rəqəmsal transformasiya və innovasiya gündəliyinə uyğun əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə edilib.

Son xəbərlər
Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb
Tələbələrin köçürülməsi prosesinə start verilib
"Zirə" əlcəzairli müdafiəçi transfer edə bilər
Taksi fəaliyyəti üçün şəhadətnamə necə alınır? - İZAH
Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
15 İyul 2025, 10:56
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər