Ana səhifə / Cəmiyyət / ABŞ-nin Azərbaycandakı səfirliyi vakansiya elan edib ABŞ-nin Azərbaycandakı səfirliyi vakansiya elan edib 29.08.2025, 12:31 Redaksiya 39661 baxış ABŞ-nin Bakıdakı Səfirliyi yeni vakansiya elan edib. Operativ Media xəbər verir ki, səfirlik Təhlükəsizlik Sistemləri üzrə Mexanik axtarır. Namizəd üçün vəzifə və tələblər aşağıdakılardır: Vəzifələr: Təhlükəsizlik sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və fövqəladə təmirini həyata keçirmək. Tələblər: Orta məktəb + texniki təhsil (texnik/elektrikçi/mexanik) Ən azı 3 il praktiki təcrübə (elektrik/mexaniki/CCTV quraşdırma və təmir sahəsində) İngilis, Azərbaycan və Rus dillərində yaxşı bilik Etibarlı sürücülük vəsiqəsi və səfərlərə hazır olmaq Maraqlanan və tələblərə cavab verən namizədləri buradan müraciət edə bilərlər. Qeyd edək ki, sözügedən vakansiya üzrə əməkhaqqı illik 34 204 dollar (aylıq 2850 dollar) təklif olunur. Teqlər: "AB\u015e-nin Az\u0259rbaycandak\u0131 s\u0259firliyi vakansiya elan edib"
30.01.2026, 23:51 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub