Tramp: Dünya başa düşəcək
Əsəd Abbaslı
ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edərək öz fotosu ilə birlikdə "Dünya başa düşəcək. Yaxınlaşanı heç nə dayandıra bilməz" sözlərini yazıb.
Operativ Media xəbər verir ki, şəkildə Trampın qolları yarı əyilmiş və yuxarı qaldırılmış vəziyyətdədir, ovucları isə səmaya baxır. ABŞ prezidentin arxasında Günəşə və alova bənzəyən parlaq işıqla təsvir olunan Yer planetini görmək mümkündür.
Tramp paylaşımda yazılan sözlərin nə ilə əlaqəli olduğunu açıqlamayıb.
Qeyd olunur ki, bu paylaşım retvitdir: ABŞ lideri öz səhifəsində Flopop adlı "X" sosial şəbəkə istifadəçisinin tvitini yerləşdirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net