ŞƏT-ə sədrlik Qırğızıstana verilib

Şəfa Hüseynli
ŞƏT-ə sədrlik Qırğızıstana verilib

Tyantszində keçirilən sammitin yekun bəyannaməsinin mətninə əsasən, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Qırğızıstana verilib.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Sənəddə qeyd olunduğu kimi, Qırğızıstanın sədrliyi “ŞƏT-in 25 illiyi: Davamlı sülh, inkişaf və rifaha doğru birlikdə” şüarı altında keçiriləcək”.

“Üzv dövlətlər Çin Xalq Respublikasının 2024-2025-ci illərdə ŞƏT-də sədrliyinin nəticələrini yüksək qiymətləndirir və bu, üzv dövlətlərin xalqları arasında qarşılıqlı anlaşma, etimad, dostluq və əməkdaşlığın dərinləşməsinə və təşkilatın nüfuzunun möhkəmlənməsinə xidmət edir”, - sammit iştirakçıları qeyd ediblər.

Digər xəbərlər