Menyu

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

Şəfa Hüseynli
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
1 dəq oxu

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib.

Bu barədə Operativ Media-ya  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bildirilib ki, müsabiqədə 2 namizəd iştirak edib və rezidenturaya qəbul olunub.

Rezidenturaya qəbul olmuş namizədlər 5 – 10 sentyabr (18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər