Menyu

Hakimliyə namizədlər üçün test imtahanının vaxtı açıqlanıb

Şəfa Hüseynli
Hakimliyə namizədlər üçün test imtahanının vaxtı açıqlanıb

Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini komitəyə təqdim edib.

Bu barədə Operativ Media-ya Hakimlərin Seçki Komitəsindən bildirilib.

Məlumata görə, həmin namizədlərlə test imtahanı cari ilin sentyabrın 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcəkdir.

"Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 20 sentyabr 2025-ci il saat 10:00 müəyyən edilib. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62" - deyə məlumatda qeyd olunub.

Teqlər:

"Hakimliy\u0259 namiz\u0259dl\u0259r \u00fc\u00e7\u00fcn test imtahan\u0131n\u0131n vaxt\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər