Menyu

Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb - VİDEO

Operativ Media
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb - VİDEO

Bakıda özəl estetik klinikada əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb.

Operativ Media xəbər verir ki, özbək əsilli İqbol Soliyev polis tərəfindən tutulub.

DİN-in Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, özbək əsilli İqbol Soliyev “Bionurun sahibi” kimi təqdim olunub.

Sosial şəbəkədə onun qəbulunda izdiham yaşanması barədə görüntülər yayılıb.

Məlumatlara əsasən, özünü təbii üsullarla müalicə edən şəxs kimi təqdim edən Soliyev pasiyentləri tüpürmək, vurmaq və sığallamaq kimi qeyri-adi üsullarla “müalicə etdiyini” iddia edib.

Əlaqəli Xəbərlər