Menyu

XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb - YENİLƏNİB

Operativ Media
XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb - YENİLƏNİB

XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb.

Operativ Media xəbər verir ki, Gülüstan sarayında keçirilən tədbirin açılış mərasimində Prezident İlham Əliyev iştirak və çıxış edib.

Açılışdan sonra forum panel sessiyalarla öz işini davam etdirib.

Tədbirin ilk günündə "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış" və "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində" mövzularına həsr edilən üç panel baş tutub.

Panellərdə çıxış, müzakirə və sual-cavablardan sonra forumun ilk günü yekunlaşıb.

Qeyd edək ki, Qlobal Bakı Forumu artıq uzun illərdir, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirakı gözlənilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.

Forum martın 14-dək davam edəcək.

10:06

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XIII Qlobal Bakı Forumu öz işinə başlayıb.

Operativ Media xəbər verir ki, martın 14-dək davam edəcək Forum bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.

Tədbir qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi üçün dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.

Qeyd edək ki, Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən Forum müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri və qərar qəbul edən şəxsləri bir araya gətirərək qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Əlaqəli Xəbərlər