Netanyahu ölümü ilə bağlı iddialara cavab verib - VİDEO
Binyamin Netanyahu ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara cavab verib.
Operativ Media xəbər verir ki, o bu barədə “X” hesabında video paylaşıb.
Qəhvə alarkən görüntülənən İsrailin Baş naziri sosial şəbəkələrdə yayılan və əlində 6 barmaq göründüyü iddialarına istehzalı münasibət bildirib.
“Demək istəyirsiniz ki, yaxşıyam, yoxsa ölmüşəm? Mən qəhvəni və xalqımı çox sevirəm”, – deyə Netanyahu bildirib.
Daha sonra jurnalistlərin “Barmaqlarınızı saymağa kömək edə bilərsiniz?” sualına cavab olaraq o, əlini göstərərək “Buyurun, gördünüz? Bu həyatdır”, – deyib.
Netanyahu əlavə edib ki, hazırda açıqlaya bilmədiyi bir sıra əməliyyatlar həyata keçirilir:
“Biz elə işlər görürük ki, indi onları bölüşə bilmərəm. Amma İrana qarşı çox güclü zərbələr vururuq – elə bu gün də. Livanda da davam edirik”.
Baş nazir həmçinin vətəndaşlara təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib və arxa cəbhə komandanlığının göstərişlərinə riayət etməyə çağırıb.
Sonda isə qəhvəyə işarə edərək zarafatla əlavə edib: “Qəhvəyə görə təşəkkür edirəm, əladır. Amma kalorilərindən xəbərim yoxdur, bir az təhlükəli görünür”.