DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Bu ilin əvvəlindən xaricdə yaşayan bloggerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov Alena Əliyeva barədə müxtəlif internet platformalarda böhtan xarakterli məlumatlar yaymağa başladılar. Hətta Mehman Hüseynov canlı yayımların birində bir neçə saniyəlik şəkil fraqmenti nümayiş etdirdi. Bu saxta videomateriallar hardan alınıb? Bloggerlər videoları müəyyən adamlardan aldıqlarını deyirlər. Bəs bu adamlar kimdir?
Operativ Media xəbər verir ki, bu barədə İctimai TV-nin yayımında paylaşım edilib.
Məlumatda deyilir ki, bloqerlərin qarayaxma və böhtan kampaniyasına başlaması ilə eyni vaxtda Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış mobil nömrə ilə əlaqə saxlamağa çalışır.
Xarici ölkədə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olduğunu iddia etdiyi kadrlarla şantaj edir.
Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir. İstintaqa ifadəsində o cinayəti törətdiyini etiraf edir və detalları danışır.
Bildirilir ki, məhkəmə qərarı olandan sonra bu şəxsin kimliyi açıqlanacaq.
Daha ətraflı video-süjetdə: