Qətərdə helikopter qəzasında 3 türk hərbçi həlak olub – YENİLƏNİB
Qətərdə helikopter qəzasında 3 türk hərbçi həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
***
12:54
Qətərə məxsus hərbi helikopterin texniki nasazlıq səbəbindən ölkənin sularında qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.
Operativ Media "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə hökumət məlumat yayıb.
Helikopterdə ümumilikdə yeddi nəfər olub. Qətərin Daxili İşlər Nazirliyi bazar günü bildirib ki, itkin düşən sonuncu şəxsin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam edir.
Ölkənin Müdafiə Nazirliyi daha əvvəl X platformasında yaydığı açıqlamada qeyd edib: “Qətərə məxsus helikopter planlı uçuş zamanı texniki nasazlıqla üzləşib və nəticədə dövlətin ərazi sularında qəzaya uğrayıb.”