Menyu

Hörmüz boğazı bağlana bilər – İrandan ABŞ-nin təhdidlərinə cavab

Operativ Media
Hörmüz boğazı bağlana bilər – İrandan ABŞ-nin təhdidlərinə cavab

ABŞ İranın elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, Tehran Hörmüz boğazını bağlayacaq.

Operativ Media xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi bəyanat yayıb.

"Tasnim" agentliyinin məlumatına görə, rəsmi nümayəndə xəbərdarlıq edib: "ABŞ-nin elektrik stansiyalarımıza qarşı təhdidləri reallaşacağı təqdirdə, dərhal növbəti cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və dağıdılmış stansiyalar bərpa olunana qədər açılmayacaq. Eyni zamanda, İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları genişmiqyaslı zərbələrə məruz qalacaq".

Əlaqəli Xəbərlər