Kolumbiyada baş verən təyyarə qəzasından sonra 60-a yaxın hərbçi xilas edilib - YENİLƏNİB
Göyərtəsində 110-dan çox insanın olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğramasından sonra 57-yə yaxın hərbçi xilas edilib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl yerli hakimiyyət orqanlarının nümayəndəsi Karlos Arbey Klaros "Caracol" telekanalının efirində 30-a yaxın hərbçinin xəstəxanalara çatdırıldığını bildirmişdi.
Həlak olanların sayı barədə hələlik dəqiq məlumat verilmir. Axtarış-xilasetmə əməliyyatı davam edir.
***
20:53
Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Caracol" radiostansiyası məlumat yayıb.
Ölkənin müdafiə naziri Pedro Sançes "X" sosial şəbəkəsində təfərrüatlara varmadan hadisəni təsdiqləyib.
"Dərin kədər hissi ilə bildirirəm ki, Kolumbiya HHQ-yə məxsus, silahlı qüvvələrimizin qulluqçularını daşıyan "Hercules" təyyarəsi Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya uğrayıb", - deyə o yazıb.