Menyu

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

Operativ Media
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

Martın 24-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, martın 24-ü saat 10:00-a olan məlumata əsasən, martın 23-ü günün birinci yarısında ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub, 24-ü gecə və səhər isə əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Balakəndə 5, Xaltanda 4, Sədərəkdə 3, Şahbuz, Daşkəsən, Zaqatala, Şəki (Kişçay), Oğuz, Qobustan, Qrız, Xınalıq, Şahdağ, Göyçay, Biləsuvar, Şamaxı, Gədəbəy, Lerik, Altıağac, Qaxda (Sarıbaş) 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadası, Şəki, Balakən, Şəmkir, Daşkəsən, Göygöldə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da eləcə də Aran rayonlarında 21, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınıb.

Əlaqəli Xəbərlər